Tibb sahəsində baş verən texnoloji inteqrasiya sayəsində burun estetik əməliyyatını sümüyü sındırmadan da icra etmək mümkündür. Video-endoskopiya adlanan yeni üsul üçölçülü yüksək keyfiyyətli kamera vasitəsilə həyata keçirilir.
İllərdir estetik əməliyyatın müxtəlif sahələrində istifadə edilən bir üsuldur.
Ümumiyyətlə, burun estetik əməliyyatı qapalı və açıq olmaqla iki üsulla həyata keçirilir. Video-endoskopiya üsulu isə qapalı burun əməliyyatına uyğun aparılır. Ən yüksək üstünlüyü 3D kameralarla işləməsidir. Burnu ən incə detalına qədər görmənizə imkan yaradan 3D kameralar buruna zərər vermədən, əməliyyatın həssaslıqla həyata keçirilməsinə imkan yaradır.
Video-endoskopiyanın üstünlükləri nələrdir?
Ənənəvi burun əməliyyatı cərrahın istifadə etdiyi alın lampası əsasında həyata keçirilir. Bununla kiçik damar və sinirləri görmək mümkün olmadığından damar qanamaları və kiçik toxuma fəsadları yaşana bilər. Video-endoskopiya zamanı isə istifadə edilən 3D kameralarla burnun hər incə detalını görmək mümkündür. Nəticədə toxumada yaranacaq fəsad minimum səviyyəyə enir. Burunda şişkinlik, göyərmə, qanamalar azalır. Xəstənin sağalma müddəti tezləşir.
Kimlər video-endoskopiya etdirə bilər?
Video-endoskopiya edilmədən əvvəl xəstənin burun şikayətləri müayinə edilməlidir.
Müayinə edildikdən sonra qərar verilir.
Video- endoskopiya ilə birlikdə mikromotor da istifadə edilir ki, bu cihazın sayəsində burunda çatlar və sınıqlar olmur, sümüyə istənilən kimi şəkil və forma vermək olur.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.