banner
banner

Dünya

İngilislər 6 min quşu məhv etdi

İngilislər 6 min quşu məhv etdi

Böyük Britaniyada səhiyyə rəsmiləri quş qrupi kimi tanınan H5N8 virusuna yoluxmuş quşların kütləvi şəkildə məhvi prosesinə başlayıb.

ANS PRESS-in məlumatına görə, ilkin mərhələdə rəsmilər 6 minə yaxın ördəyi və toyuğu məhv ediblər. Proses virusun daha çox yayıldığı Yorkşir qraflığında baş tutub.

Rəsmilər bir neçə gün əvvəl virusun Niderland və Almaniyada aşkarlanan virusla eyni olduğunu təsdiqləmişdi.

Həmçinin, sözügedən ölkələr də bir neçə firmada quşları kütləvi şəkildə məhv ediblər.

H5N8 virusu H5N1 virusundan fərqli olaraq insan həyatı üçün təhlükəli hesab olunmur. H5N1 virusuna yoluxma halında isə xəstələrin 60 faizi ölümcül olur. Ümumdünya səhiyyə təşkilatı virusun insanlar arasında yoluxma ehtimalının az olduğunu məruzə edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.