“Kəpəz” layiq olduğu qələbəni qazandı” – Şahin Diniyev
“Kəpəz”in baş məşqçisi Şahin Diniyev iyulun 10-da 19 yaşlı futbolçulardan ibarət Azərbaycan yığması ilə oyundan (4:1) sonra klubun mətbuat xidmətinə fikirlərini bölüşüb. Tərcürəbli mütəxəssis komandasının 4:1 hesabı ilə qalib gəldiyi matçdan razılığını ifadə edib: “Əvvəlcə onu deyim ki, çətin oyun oldu. Hava olduqca isti idi. Belə havada oynamaq, qaçmaq böyük fiziki güc tələb edir. Buna baxmayaraq, futbolçular meydanda mübarizə aparmağı bacardılar. Oyunda 13 oyunçuya şans verdim. Dəyişiklik az oldu, bu da bəzi futbolçuların zədəli olması ilə bağlı idi. Komanda meydanda oyun göstərib layiq olduğu qələbəni qazandı. Bunun üçün şadam”.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.