banner
banner

Sağlamlıq

Bu qidalar böyrəkləri daşdan qoruyur

Bu qidalar böyrəkləri daşdan qoruyur

Böyrəkdəki daş problemi genetik olaraq, ya da doğum zamanı yaşanan bəzi problemlərlə ortaya çıxa bilər.

Ən sadə müalicəsi üsulu bədənə xaricdən verilən elektroşok dalğaları ilə böyrək daşının qırılmasıdır. Endoskopiya üsulu ilə daşın böyrəklərdən götürülməsi isə son illərdə ən çox üstünlük verilən əməliyyat növüdür. Halbuki bıçaq altına yatmadan da yediyiniz qidalarla böyrək daşı probleminin qarşısını ala bilərsiniz.

Sidikdə qoruyucu maddələr var ki, bunlardan ən əsası sitratdır. Sitratın azlığı daş əmələ gəlməsinə səbəb olur. Daşın yaranmasının qarşısını almaq üçün isə sitratla zəngin qidalarla qidalanmaq lazımdır. Məsələn, təzə sıxılmış pomidor suyu sitrat baxımından zəngin sayılır. Pomidor suyu içmək sidikdəki sitrat miqdarını artıra bilir.

Sitratla zəngin qidalardan biri də portağal və qreyfprutun təzə sıxılmış suyudur. Bundan başqa limonu bir litrlik suya tamamilə sıxaraq çox azca dadlandırıb için.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.