"Emin hər həftə onların yanına uçur" - Araz Ağalarov
Oğlu Eminlə Leyla Əliyevanın boşanmasına keçən ay münasibət bildirən Rusiyada yaşayan azərbaycanlı milyarder Araz Ağalarov bu barədə bir daha danışıb.
"Crocus" şirkətlər qrupunun prezidenti dost olaraq qaldıqlarını bəyan edərək birlikdə boşanma qərarı verən cütlüyün münasibətlərinin çox yaxşı olduğunu açıqlayıb.
“Eminlə Leyla əvvəllər olduğu kimi çox yaxşı münasibətlərini saxlayıblar. Onlar uşaqlarını birlikdə tərbiyə edirlər. Leyla və əkizlərin harada olmasından asılı olmayaraq o, hər həftə onların yanına uçur” - deyə, o, “Komsomolskaya Pravda”ya müsahibəsində bildirib.
Araz Ağalarov oğlunun şəxsi həyatında baş verən bu hadisəni ilk dəfə şərh edərkən təəssüfləndiyini bildirmişdi: “Mən çox təəssüf edirəm ki, belə alındı. İkisi də mehriban, pozitiv insanlardır. Görünür, nə isə alınmadı”.
Qeyd edək ki, 30 aprel 2006-cı ildə ailə quran cütlüyün 1 dekabr 2008-ci ildə Əli və Mikayıl adlı əkiz övladları dünyaya gəlib.
Xatırladaq ki, Prezident İlham Əliyevin böyük qızı, ictimai xadim Leyla Əliyeva və həyat yoldaşı Emin Ağalarov 30 may 2015-ci il tarixində birlikdə boşanma qərarını veriblər. Bu barədə ilk olaraq L.Əliyeva sosial şəbəkədə bəyan etmişdi.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.