Bakı şəhəri Məhəmməd Hadi 41-də yaşayan sakinlər həyətlərindəki 40 illik ağacların kəsilməsinə və uşaq meydançasının dağıdılmasına etiraz edirlər. Azadlıq Radiosuna istinadən xəbər verir ki, burada Qarabağ əlilləri üçün bina tikilməlidir. Sakinlərsə «Bəs bizim uşaqlar harda oynasınlar, özümüz harda dincələk» deyə sual edirlər.
«O gün gəliblər ki, Qarabağ əlilləri üçün ev tikirik. Sevil massivində tiksinlər. Niyə burda tikirlər? İki min ailənin nəfəs alan yeridir. Parkda uşaqlar üçün şərait yaratmışdıq. Hamısını qırıb dağıdıblar. Heç bir qurum da şikayətimizə baxmır»
İyulun 10-da polis əməkdaşları etirazlara baxmayaraq ağacların bəzisini çıxarıb, uşaq yelləncək və sürüşkənlərini isə qırıb dağıdıb.
Durum təkcə böyükləri deyil, elə uşaqları da narahat edir.
- Mən dostlarımla burda əylənirdim, yelləncəkdə yelənirdim. Bizə imkan vermirlər.
- O gün gəldilər, qadınları yıxdılar. Buraları dağıtdılar.
Qeyd edək ki, məsələ ilə bağlı rəsmilər hələlik heç bir reaksiya verməyib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.