banner
banner

Sosİal

Sürücülər Aeroport şosesindən şikayət edir: "10 km artıq yol getməli oluruq"

Sürücülər Aeroport şosesindən şikayət edir:
Aeroport şosesində, “Komsomol dairəsi” adlanan ərazidən başlayaraq hava limanı istiqamətindəki magistral yollarda avtomobil keçidləri və geri dönüş xəttlərinin az olması həm sürücülərin, həm də yol ətrafənda yaşayan sakinlərin hərəkətinə problem yaradır. 
Belə ki, yol ətrafı qəsəbələrdə yaşayan sakinlər magistral yola keçmək üçün bir neçə kilometr irəli gedib, sonradan eyni məsafəni geri qayıtmaqla  əsas yola çatmalı olurlar. Magistral yolda avtomobillərin girişi-çıxışı üçün keçidlər az olduğundan qəsəbəyə gələn təcili tibbi yardım maşınlarının da hərəkətində çətinlik yaranır. 
Prospektin yaxınlığında yaşayan Bülbülə qəsəbəsinin sakinləri deyir ki, bu illərdir bu problemdən əziyyət çəkirlər. Həmçinin yerüstü piyada keçidləri uzaq məsafələrdə yerləşdiyindən sakinlər yolu keçmək üçün bir neçə kilometr getməli olurlar. 
 
Sözügedən problemi işıqlandırmaq məqsədilə sürücülərdən biri ilə yol yoldaşı oluruq. Sürücü deyirki,  Bül-bülə qəsəbəsi Aeroport şosesi yaxında yerləşməsinə baxmayaraq, yolda yolayırıcılar, avtomobil keçidləri olmadığından  məcbur olub yolu  10  kilometr uzatmalı oluruq.
Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli də musavat.com-a açıqlamasında bildirdi ki, bu problem təkcə Aeroport şosesində deyil, Bakının bir çox magistral yollarında müşahidə olunur.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.
 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.