"Bu 35 il ərzində mən heç bir dövlət rəhbəri üçün, ya da bir şəxsiyyət üçün Peyğəmbər zərihinin qapısının açılmasının şahidi olmamışam, nə də eşitmişəm". Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahındakı iftar süfrəsi zamanı deyib. Mərasimdə prezident İlham Əliyev də iştirak edib. QMİ sədri Allah-Təaladan bütün müsəlmanlara, arzu edənlərə həm Məkkəni, həm Peyğəmbər zərihini ziyarət etməyi nəsib etməyi diləyib. "Əlbəttə, Allah-Təala buyurur ki, sən mənə tərəf bir addım at, mən sənə tərəf on addım ataram". Şeyxülislam deyib ki, bu ilin aprel ayında prezidentin Səudiyyə Ərəbistanına səfəri və İki Müqəddəs Ocağın Xadimi Kral həzrətlərinin hava limanına gələrək onu qarşılama mərasimində iştirak etməsi, prezidentə olan münasibət qürur hiss oyadıb. "Azərbaycan nəinki öz iqtisadiyyatını, siyasi potensialını möhkəmləndirməklə bərabər, həm də ilklərə imza atan bir dövlətə çevrilib. Buna birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi misal ola bilər. Bəli, Zati-aliləri, Siz demişdiniz. Avropa Oyunları yaxınlaşdıqca, bizə iftira atanlar, şayiələr yayanlar çox olacaq, çünki bizi gözü götürməyən bəzi qüvvələr də var. Amma onların heç biri istəklərinə nail ola bilmədi. Çünki söylədikləri yalan, şayiə idi. Zati-aliləri, mən inanıram ki, inşallah, əzəli Azərbaycan əraziləri olan Dağlıq Qarabağ torpaqlarında tezliklə bayrağımız ucalacaq, himnimiz çalınacaq. Ali Baş Komandan kimi, Sizin rəhbərliyinizlə biz o torpaqları azad edərik, inşallah. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Allah onlara rəhmət eləsin!".
QMİ rəhbəri Azərbaycanda milli mənəvi dəyərlərin də inkişaf etdiyini deyib. Bunun ən yaxşı nümunələrindən biri isə Heydər məscididir. Qafqazda analoqu olmayan bu məscidin, arxitektura baxımından, bəlkə də dünyada analoqu yoxdur. Heydər məscidinin 95 metrlik minarələri Azərbaycanda milli mənəvi dəyərlərin ucalığını göstərir. Cia.az
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.