Bir neçə gün əvvəl dünyanın iki milyarder ailəsi Hiltonlar və Rotşildlərin qohum olması haqda xəbər vermişdik.
Niki Hilton və Ceyms Rotşildin toyunun əks-sədası hələ də bitmir. Sosial şəbəkələrdə Nikinin "Valentino"dan geyindiyi gəlinlik libası, ayaqqabısı və aksesuarları müzakirə olunur.
Toydan sonra Niki və bacısı Peris Hilton da mərasimdən fotolar paylaşıblar. Fotolar "Missis Rotşild" heşteqiylə paylaşılır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.