Aktrisanın boşanmaq istədiyi əri: "Deyilənlərin hamısı yalandır"
Aktisa Bade İşçil ilə boşanma mərhələsində olan və haqqında ittihamlar səslənən Malkoç Süalp vəkili vasitəsi ilə açıqlama edib. Cia.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Süalpın vəkilinin verdiyi açıqlamada deyilir: "... Bu zamanda müvəkkilim haqda yayılan xəbərlərin hamısı yalan və təxəyyül məshuludur. Malkoç Süalp bu ittihamlarda heç olmadığı bir insan kimi göstərilir. Həm iş, həm də şəxsi həyatında kübarlığı və dürüstlüyü ilə seçilən müvəkkilim evliliklərinin ilk günündən bəri yaxşı həyat yoldaşı və ata olub. Evliliyi davam etdirmək üçün bütün cəhdləri edib, arvadına və onun ailəsinə maddi-mənəvi dəstək olub. Münaqişənin əvvəlindən Bade xanımın əksinə uşağını düşünərək səssiz qalmağı seçib".
Qeyd edək ki, evliliyində problemlər yaşayan aktrisa fiziki təzyiqə məruz qaldığını iddia etdiyi ərizədə belə yazılmışdı:
"Həyat yoldaşı hər dəfə əsəbiləşəndə fiziki təzyiq göstərir. Bade hər şeyin düzələcəyinə ümid edərək indiyə qədər susub. Ancaq qorxu və narahatlıq getdikcə daha da kəskinləşib. Tarkan hətta 8 aylıq uşaqlarının yanında da fiziki təzyiq göstərməkdən çəkinmir. O, aktrisanın ana olduğu gün doğum evinə gedib. Orada uşağın ana ilə olan bağlılığını qoparmaq üçün uşağın göbəyini özü kəsmək istəyərək böyük problem yaradıb".
Süalp isə bütün bunları təkzib etmişdi. O, evliliyini xilas etmək üçün hər şeyə hazır olduğunu bildirib. Bundan sonra aktrisa şikayətini geri götürüb.
Qeyd edək ki, B.İşçil "Kuzey Güney" serialındakı rolu ilə məşhurlaşıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.