banner
banner

Şou

"Bunu eşidənlər üzüləcək..."

"Bunu eşidənlər üzüləcək..."

Rəqqasə Fatimə Fətəliyeva Türkiyənin Mersin şəhərində keçirilən festivaldan qayıdıb.

Axşam.az-a açıqlama verən rəqqasə bildirib ki, o, Azərbaycana mükafatla geri dönüb:

“Nəhayət doğma yurduma, Bakıya qayıtdım. Şükürlər olsun ki, Hindistanda qazandığım uğurlu nəticəni Türkiyədə də qazana bildim. Belə ki, 3 ölkəyə mükafat verildi. İlk mükafat alan Azərbaycan oldu. Daha sonra Rusiya aldı. Həyəcandan 3-cü mükafatın hansı ölkəyə verildiyini yadımda saxlaya bilmədim. Festival ərəfəsində mənimlə birgə Azərbaycandan rəqqaslar da gəlmişdi. Onların çıxışı da maraqla qarşılandı. Daha böyük bir planım var. Amma hələ ki, açıqlamaq istəmirəm. Çünki bunu eşidənlərin bəziləri üzüləcək, bəziləri isə sevinəcək. Hər halda çox ciddi bir qərardır”.

Qeyd edək ki, F.Fətəliyeva bundan əvvəl Hindistanda keçirilən “Udbhav international Dance Carnival” rəqs müsabiqəsində də qalib olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.