banner
banner

Sağlamlıq

Qazlı şirin içkilər insultə gətirə bilər – alimlər

Qazlı şirin içkilər insultə gətirə bilər –
Qazlı sular arterial təzyiqə təsir edir. Musavat.com-un xarici mənbəyə istinadən verdiyi xəbərə görə, bu barədə Luiziana ştatındakı (ABŞ) iniversitetin alimləri apardıqları təhqiqat nəticəsində qənaətə gəliblər. 
Mütəxəssislər il yarım ərzində 25-79 yaş arası 810 insan üzərində müşahidə aparıblar, onların qida rasionu və həyat tərzini izləyiblər. Bu qrup hipertoniyadan əziyyət çəkənlər olub. İlkin mərhələdə iştirakçılar gündə 1 stəkan qazlı su içiblər. Sonra bu norma iki dəfə azaldılıb. Maraqlıdır ki, bundan sonra onların çəkisi azalıb və paralel olaraq qan təzyiqi də aşağı düşüb. Nəticədə insult riski azalıb.
Alimlər bununla əminlik hasil ediblər ki, qazlı şirin sular orqanizmə ziyan vurur. Onlar bu qənaətə gəliblər ki, əgər insanlar belə suları rasionda minimuma endirsələr, yaxud tamamilə rasiondan çıxarsalar, bu, qan təzyiqini normaya salmağa imkan verər. Tədqiqatçılara görə, gündə cəmi iki stəkan qazlı su içmək hipertoniyaya, hətta insulta gətirə bilər.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.