İrandan 14 yaşlı oğlan edam edildi- Homoseksual olduğu üçün
İranda 14 yaşlı gənc edam edilib.
Bu barədə məlumatı iranlı jurnalist Əmir Taheri sosial şəbəkədə yayıb. İsfahan yay kampında din müəllimi şagird Əkbər Zargarzadehin homoseksual olduğunu iddia edilib.
14 yaşlı Əkbər şagirdlərin gözü qarşısında asılaraq edam edilib.
Edam zamanı din müəllimi homoseksualların öldürülməsinin vacib olduğunu, Allahın belə əmr etdiyini bildirib.
Ərəb dünyasında məşhur olan jurnalist Həsən Sarı yazdığı məqalədə İranın bu addımlarını İŞİD-ə bənzədib.
Qeyd edək ki, İran 2005-ci ildə 18 yaşlı Mahmud Asgari və 18 yaşlı Ayaz Marhonini homoseksual olduqları üçün xalq qarşısında asmışdı.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.