Qalmaqallı məşhur ukraynalı jurnalist Vitali Sedyukun məşhurlar arasındakı "qurbanları"nın sayı artır. Bu dəfə o, erməni əsilli porno aktrisa, fotomodel və teleaparıcı Kim Kardaşyana hücum edib.
ANS PRESS TMZ portalına istinadən xəbər verir ki, insident 25 sentyabr Parisdəki yüksək yüksək moda həftəsində baş verib. Kim Kardaşyan həyat yoldaşı reper Kanye Uest və anası Kris Cenner ilə nümayişlərin birində olublar. Aktrisa maşından düşən zaman xaki rəngli pencək və sarı rəngli şarf geyinmiş kişi ona hücum edib və yerə yıxmağa çalışıb.
Aktrisanın mühafizəçiləri onun köməyinə gələrək Sedyuku dayandırıblar. Fox News-un məlumatına görə jurnalist həbs olunmayıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.