banner
banner

İdman

"Qəbələ" Bakıya böyükhesablı qələbə ilə gəlir

"Qəbələ" Bakıya böyükhesablı qələbə ilə gəlir

Avropa Liqasının II təsnifat mərhələsinin “Çukariçki” (Serbiya) ilə cavab oyununa hazırlıqları davam etdirən “Qəbələ” yoxlama matçı keçirib. 
Hazırlıqlarını Qəbələ stadionunda davam etdirən “qırmızı-qaralar” əvəzedici komanda ilə matçda qüvvəsini sınayıb. 
Roman Qriqorçuk oyun ərzində əsas heyətin üzvləri ilə yanaşı, sərəncamında olan futbolçuların çoxuna şans verib. "Qəbələ" əvəzediciləri ilə bu qarşılaşmada 5:1 hesabı ilə qalib gəlib. Oyunun ilk yarısında Aleksey Antonov iki, Dodo bir qol vurub. Fasilədən sonra əvəzedicilər bir dəfə fərqlənsə də, Roman Hüseynovun dublu ilə böyükhesablı qələbə qeydə alınıb.

Qeyd edək ki, “Çukariçki” ilə matçın Qəbələdəki hazırlıqlarını bu oyunla yekunlaşdıran “qırmızı-qaralar” bu gün Bakıya yola düşəcək. Komanda iyulun 23-dəki qarşılaşmanın hazırlığını paytaxtda tamamlayacaq.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.