Qazaxda keçirilən toy mərasimində dostları bəyə maraqlı sürpriz ediblər. Maraqlı hadisə rayonun Alpout kəndində baş verib.
Toy günü gəlin karvanında traktorun bəy maşınından öndə getməsi dostlarının Sərxan bəyə sürprizi olub. Qazax toyunda bəzəkli traktorun bütün avtomobillərdən öndə getməsi qərb bölgəsində hər kəsin marağına səbəb olub.
Qazaxın Alpout kəndindəki adətə görə, gəlin bəy evinə getməzdən əvvəl onun ayaqqabıları aparılır. Sərxanın toyunda isə ayaq geyimini gəlinin yeni evinə traktor sürücüsü aparıb.
Toy günü gəlini yola salmağa hazırlaşan qohum-əqrəba da traktorun gəlişini maraqla qarşılayıb. Ayaqqabını qız evindən alıb oğlan anasına təhvil verən sürücü isə bununla da Alpout kəndində bir ilki reallaşdırıb.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.