TRT kanalı Türkiyənin Suruç şəhərindəki partlayışa görə efirində dəyişiklik edib. Telekanal Tvitterdən "Başımız sağ olsun" mesajını paylaşdıqdan sonra bugünkü proqramlarını dəyişdirib. Bu barədə kanal açıqlamasında qeyd edib: "Uzun zamandır silahların susduğu və sülhün hakim olduğu ölkəmizdə milli birlik və bərabərliyimizə, daxili rifahımıza olan bu böyük təxribatı lənətləyirik. Suruçda baş verən bu mənfur hücüma görə TRT1 proqram siyasətini dəyişir".
Ondan sonra telekanal əyləncəli verilişləri yığışdırıb. Hazırda, gecə saatlarında isə azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin də rol aldığı "Çanaqqala: Son məktub" filmi nümayiş olunur.
Qeyd edək ki, bu gün günorta saatlarında baş verən terror nəticəsində 30 nəfər ölüb, 100-dən çox insan isə yaralanıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.