Məşhurlar Türkiyədəki terrora etiraz etdilər: "Lənət olsun"
Bu gün Türkiyədə baş verən terror hadisəsindən sonra məşhurlar sosial şəbəkədə kədərlərini və etirazlarını paylaşıblar.
Cia.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Şanlıurfanın Suruç şəhərində baş verən partlayış nəticəsində 30 nəfər ölüb, 100-dən çox adam isə yaralanıb.
Ölkənin idman, sənət və musiqi adamları isə terroru pisləyərək baş verən hadisədə dünyasını dəyişənlərin ailələrinə başsağlığı veriblər.
Cem Yılmaz:
"İnsan olan etməz" dediyimiz şey.. Amma yalançı çıxırıq. Terrora lənət olsun"
Arda Turan:
"Başımız sağ olsun". Bu acı artıq son olsun. Terroru lənətləyirik".
"Acının, ölümün, qətliamın dili, dini, rəngi, məzhəbi olamaz... Yenə kədər, yenə acı...".
Sermiyan Midyat:
"Ölülərini yarışdıranlar! Ölümlərlə oyun quranlar! Kimin kimi öldürdüyünə görə üzülüb sevinənlər! Allah bəlanızı versin".
İdo Tatlıses:
"İnsan öldü" deyirəm. "Nə işləri vardı orada" deyirlər. "İnsan öldü" deyirəm", "amma kürd idi" deyirlər. İnsan öldü, insan... Bu qətliamın əmrini verənlər bunu bilsin. Onlarla gənc öldü, amma geridə qalan milyonlar arzu etdiyiniz müharibəyə icazə verməyəcək".
Atilla Taş:
"Qan ilə bəslənənlərə lənət olsun".
Alişan:
"Bayramdan sonra bu alçaq hücumu kim etdisə, Allah bəlasını versin".
Murad Boz:
"Suruçda həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Terrorun dili, dini, irqi yoxdur. Lənət olsun sizə".
Mustafa Sandal:
"... Ümid edirəm bir daha belə xəbərlər eşitmərik".
Ebru Gündeş:
"Suruçda həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Orada olan vətəndaşlarımızın təcili qan verməsi lazımdır".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.