Futbol üzrə Azərbaycan millisinin baş məşqçi postuna axtarışlar davam edir.
CİA.Az-ın "Sportpress"ə istinadən məlumatına görə, AFFA nümayəndələri bir neçə məşqçiylə ilkin görüşlər keçirib və şərtlərini açıqlayıb. Namizədlərlə növbəti görüşlər gələn həftəyə planlaşdırılır. Artıq çoxlu sayda namizədin olduğu siyahıda diqqət konkret olaraq 3 məşqçiyə yönəlib. İndi əcnəbilərdən millimizdə işləyəcəkləri təqdirdə Azərbaycanda yaşaya biləcəkləriylə bağlı müsbət cavab gözlənilir. Bu halda onlarda yekun mərhələ – maliyyə məsələsinin danışqları başlanılacaq.
Bildirilir ki, Avropada yaşayan menecerlərdən biri AFFA-ya argentinalı ulduz Dieqo Maradonanın namizədliyini təklif edib. Amma Maradonanın şəxsi meneceri Azərbaycandan gələn təklifi müzakirə etmədən rədd edib. Sonradan AFFA nümayəndələri də Dieqonun məşqçi kimi o qədər təcrübəli olmadığını əsas gətirərək argentinalının namizədliyi ətrafında söhbətləri dayandırıb.
Hazırda Azərbaycan millisinin baş məşqçi postuna ən real namizədlər Almaniya, İtaliya və Fransadandır. Son qərar gələn ay veriləcək.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.