banner
banner

Dünya

BMT İŞİD-i qınadı

BMT İŞİD-i qınadı

BMT baş katibi Pan Gi Mun İŞİD terror qruplaşmasına qoşulan əcnəbilərin sayını açıqlayıb.

ANS PRESS-in məlumatına görə, BMT Təhlükəsizlik Şurasının Terrorizmlə mübarizə toplantısında çıxış edən Pan Gi Mun İŞİD terror qruplaşmasına qoşulmaq məqsədilə 80-dən çox ölkədən 15 mindən çox terroristin Suriya və İraqa getdiyini bildirib.

Baş katib daha sonra terrorun dünyaya, bəşərə vurduğu zərbələrdən söz açıb: “Həyata keçirilən terror hadisələri milyonlarla günhasız insanın əziyyət çəkməsinə, həyatlarından olmasına, rahatlıqlarını itirməsinə səbəb olur. Cəmiyyətdə dərin yaralar buraxır.”

Pan Gi Mun çıxışında İŞİD terror qruplaşmasının fəalliyyətini pisləyərək, qruplaşmaya qoşulanların qarşısını almaq üçün tədbirlərin görüldüyünü də diqqətə çatdırıb.

Qeyd edək ki, toplantıda təqdim edilən BMT-nin hesabatına əsasən, İŞİD neft satışından gündəlik 846 min - 1 milyon 645 min dollar arası, fidyədən isə ildə 35-45 milyon dolar arasında gəlir əldə etdiyi göstərilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.