banner
banner

Sağlamlıq

Uşaq başından zədə alarsa, nə etməli? - TÖVSİYƏ

Uşaq başından zədə alarsa, nə etməli? -

Uşaqlarda əsasən ilk 2 yaşda hündür yerdən yıxılma, başının sərt şəkildə harasa dəyməsi, yeriyərkən, iməkləyərkən başından zədə alma halları daha sıx rastlanır.

Körpənin də başından zədə alması hər ailəni narahat edən bir haldır.

Uşaq başından zədə alsa, ilk olaraq nə etməliyik? Aile.lent.az bununla bağlı valideynlərə tövsiyələr təqdim edir.

İlk olaraq ümumi vəziyyət dəyərləndirilməlidir.

- Uşağın nəfəs alıb-verməsində çətinlik görülürsə,

- Baş hissəsində çökmüş hissə varsa,

- Göz bəbəkləri simmetrik deyilsə,

- Uşağın əl və ayaqlarında qıcolma yaşanırsa,

- Təkrarlanan qusma varsa,

- Qulaq, ya burundan maye gəlirsə,

- Qol, ya ayaqlarda gücsüzlük, hissizlik yaşanarsa,

- Yeriyən uşaq yeriyə bilmirsə,

- Huşunu itiribsə,

- Yatmaq vaxtı deyil, ancaq yatırsa, ya da yatan halda oyanmırsa,

- Qanayan və dayanmayan kəsik varsa, dərhal həkimə aparılmalıdır.

Uşqların başından zədələnmə hallarının 95%-də həkimə aparmaq mütləq olmur. Ancaq evdə də ilkin yardım olaraq kəsik varsa, parçanı üstündən basın və spirtlə təmizləyin. Şiş varsa, buz qoyun. Yatızdırın, ancaq iki saatdan bir yoxlayın.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.