banner
banner

İdman

"Makkabi" və APOEL növbəti mərhələdə

"Makkabi" və APOEL növbəti mərhələdə

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start verilib. 
Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 9 qarşılaşma baş tutub.
Günün ilə matçı Gürcüstanda keçirilib. Burada yerli "Dila" klubu Serbiya çempionu "Partizan"ı qəbul edib. Səfərdə rəqibinə 0:1 hesabı ilə uduzan "Dila" həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaqdı. Lakin görüşdən 2:0 hesabı ilə qalib ayrılan “Partizan” növbəti mərhələyə yüksəlib.

Digər oyunlarda "Milsami" öz meydanında "Ludoqorets"i qəbul edib. İlk oyunda rəqibinə qalib gələn Moldova klubu bu qarşılaşmadan da qalib ayrılıb (2:1) və mərhələni keçib.
"Makkabi" (Təl-Əviv) özmeydanında "Hibernians"ı 5:1 hesabı ilə üstələyərək III təsnifat mərhələsinə vəsiqə qazanıb.
"Malmö" “Jalgiris" minimal hesabla məğlub edib – 1:0. İsveç çempionu bu qələbə ilə mərhələni adlayıb.  "Vardar" – APOEL matçında 1:1 hesablı bərabərlik qeydə alınıb. Bu nəticə Kipr klubuna sərf edib.
Günün son qarşılaşmasında "Kruzaders" (Şimali İrlandiya) "Skenderbeu"nu  (Albaniya) qəbul edib. Oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatsa da, ilk görüşdə 4:1 hesabı ilə qalib gələn Albaniya çempionu mərhələni adlayan tərəf olub.

21 iyul

Çempionlar Liqası, II təsnifat mərhələsinin cavab oyunları

22:30. "Makkabi" (Təl-Əviv, İsrail) - "Hibernians" (Malta) - 5:1 
Qol: 
Jorginyo, 32-avtoqol (1:0), , Soares, 52 (1:1), Zehavi, 58 (2:1), Ben Haym, 61 (3:1),İqiebor, 82 (4:1), Zehavi, 90 (5:1)
İlk oyun - 1:2

23:00. "Linkoln" (Cəbəllürariq) - "Mitdilland" (Danimarka) - 0:2 
Qol:
 Pusik, 44 (0:1), Duelund, 89 (0:2)
İlk oyun - 0:1

23:00. "Vardar" (Makedoniya) - APOEL (Kipr) - 1:1 
Qol:
 Vinsenti, 60 (0:1), Lyamcevski, 84 (1:1)
İlk oyun - 0:0

23:10. "Jalgiris" (Litva) - "Malmö" (İsveç) - 0:1 
Qol: Tinnerholm, 55 (0:1)
İlk oyun - 0:0

23:45. "Kruzaders" (Şimali İrlandiya) - "Skenderbeu" (Albaniya) - 3:2
Qollar: 
Oflun, 50 (1:0), Berişa, 69 (1:1), Latifi, 77 (1:2), Snoddi, 90+2, (2:2), Mitşel, 90+3 (3:2)
İlk oyun - 1:4 

 17:30. "Dila" (Gürcüstan) - "Partizan" (Serbiya) - 0:2 
Qollar: 
Brasanaç, 37 (0:1), Oumarou, 64 (0:2)
İlk oyun - 0:1 


19:00. 
"Pünik" (Ermənistan) - "Molde" (Norveç) - 1:0
Qol: 
Badoyan, 75 (1:0)
İlk oyun - 0:5 

20:00. "Milsami" (Moldova) - 
"Ludoqorets" (Bolqarıstan) - 2:1 
Qollar:
 Vanderson, 25 (0:1), Androniç, 26 (1:1), Raku, 89 (2:1)
İlk oyun - 1:0


21:00. HİK (Finlandiya) - "Ventspils" (Latviya) - 1:0
Qollar: 
Havenaar, 83 (1:0)
İlk oyun - 3:1 

22 iyul



19:00. "Astana" (Qazaxıstan) - "Maribor" (Sloveniya)
İlk oyun - 0:1

23:00. "Fola" (Lüksemburq) - "Dinamo" (Zaqreb, Xorvatiya)
İlk oyun - 1:1

23:30. "Styaua" (Rumıniya) - "Trençin" (Slovakiya)
İlk oyun - 2:0

23:30. "Videoton" (Macarıstan) - TNS (Uels)
İlk oyun - 1:0

23:45. "Dandalk" (İrlandiya) - BATE (Belarus) 
İlk oyun - 1:2

23:45. "Lex" (Polşa) - "Sarayevo" (Bosniya və Herseqovina) 
İlk oyun - 2:0

23:45. "Rudar" (Monteneqro) - "Qarabağ" (Azərbaycan)
İlk oyun - 0:0

00:15. "Styarnan" (İslandiya) - "Seltik" (Şotlandiya)
İlk oyun - 0:2 

 
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.