Qeyri-adi hərəkətləri və tərzi ilə seçilən və bəzən buna görə tənqid olunan müğənni Mayli Sayrus təəccübləndirməyə davam edir. Gənc ifaçı bu il "MTV Video Music Awards"ın aparıcısı olacaq. 30 avqustda baş tutacaq nüfuzlu mükafatlandırma gecəsində Mayli səhnəyə çıxaraq qalibləri təqdim edəcək.
Bu barədə müğənni İnstaqram səhifəsində xəbər verib. O, "yaşıl adam" obrazında kollaj düzəldərək birinci fotoda "MTV bu il mənə çıxış etməyə icazə vermədi", ikinci fotoda isə "Çünki mən gecənin aparıcısı olacağam" yazıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.