Hamilə olduğu deyilən müğənni Beyons haqqında yayılan xəbərləri geyimi ilə təkzib edib.
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, son zamanlar daha çox enli libaslara üstünlük verən ifaçı bu dəfə fərqli üslubda geyinib. Nyu-York küçələrində obyektivlərə tuş gələn Beyons bədən cizgilərini ortaya qoyan bej rəngli, trikotin libasda olub. Bununla da müğənninin ikinci dəfə hamilə olması xəbərləri təsdiqini tapmayıb.
Qeyd edək ki, Beyons reper Cey Zi ilə ailəlidir. Cütlüyün bir qızı var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.