“Öyle bir geçer zaman ki” (“Zaman elə keçir ki”) serialında Karolin obrazı ilə tanınan almaniyalı aktrisa Vilma Elles ana olub.
Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, aktrisanın doğuşu Amerikanın Çikaqo şəhərində xəstəxanalardan birində baş tutub. Vilmanın biri qız, biri oğlan olmaqla əkiz uşağı dünyaya gəlib. Aktrisanın həyat yoldaşı Kərəm Göyüş Vilma ilə əkizlərin vəziyyətinin yaxşı olduğunu söyləyib.
Qeyd edək ki, körpələrdən oğlanın çəkisi 3 kiloqram 400 qram, qızınkı isə 2 kiloqram 500 qram olub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.