banner
banner

Sağlamlıq

Soyuq duşun faydaları

Soyuq duşun faydaları
Soyuq duşun bir çox mədəniyyətdə uzun bir keçmişi var. Finlandiya, Rusiya, Tayland, Koreya və Yaponiya kimi ölkələrdə bu ənənə hələ də davam etdirilir. 
 
 
“Qafqazinfo”nun məlumatına görə, 1920-ci illərdə Vincenz Priessnitz adlı bir cütçü soyuq duş almağı bir anda məşhur etdi. Hidroterapiya adıyla, medikal müalicə olaraq insanlara təqdim edilən bu vasitənin bir çox xəstəliyin müalicəsinə kömək etdiyi iddia olunur. 
 
İmmuniteti güçləndirir: Soyuq duş soyuqdəymə, qrip və infeksiyalara qarşı qoruyucu təsir vasitəsidir. Praqada aparılan araşdırmada həftədə 3 dəfə 14 dərəcədəki soyuq suya, 6 həftə boyunca girənlərdə 2 tip ağ qan hüceyrəsinin (monosit və lenfosit) sayında artım müşahidə edilib. Lenfositler bakteriya, virus və toksinlərin aradan qaldırılmasında çox əhəmiyyətli bir rola malikdir. Mütəxəssislər bədənin özünü qızdırması nəticəsində maddələr mübadiləsinin sürəti artır və nəticədə daha çox ağ qan hüceyrəsi inkişaf edir. Buna görə də nizamlı olaraq soyuq duş soyuqdəymə, qrip və hətta bəzi xərçəng növləri riskini də azaldır. 
 
Qan dövranını yaxşılaşdırır: Qan dövranı və ürək-damar sağlamlığı üçün çox əhəmiyyətlidir. Soyuq duş almaqla damarlardakı qanın hərəkət sürətini artırmış olursunuz. Qan dövranı yüksək təzyiqi qarşısını alır və qan damarlarını möhkəmləndirir. Qan dövranı yaxşı olduğunda bütün bədən sistemləri daha yaxşı çalışır. Belə olan halda siz daha yaxşı görünür və özünüzü daha yaxşı hiss edirsiniz. 
 
İstiliyi nizamlayar: Soyuq duş termojenə (bədən istiliyinin çıxarılması) yol açan stressə çarədir. Beləcə bədəninizdəki təmir sistemləri aktivləşmiş olur və bədən istiliyiniz nizamlanır. 
 
Depressiyanı azaldır: Soyuq duş depressiyanın qarşısını alır. “Virginia Common Wealth” Universitetində aparılan bir araşdırmaya görə soyuq su beynin mavi nöqtələrini xəbərdar edir. Bu sayədə noradrenalin hərəkətə keçir və depressiyanın keçid zəncirlənir.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.