banner
banner

Şou

Məşhur gey Bakıya gəldi – Foto

Məşhur gey Bakıya gəldi –

25 iyul konserti baş tutacaq. 

Bolqarıstanın məşhur müğənnisi Azis iyulun 24-ü saat 05:20-də Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. İyulun 25-i Bakıda Bolqarıstanda və dünyada ekstravaqantlığı ilə seçilən müğənni Azisin konserti keçiriləcək.

Qeyd edək ki, əsl adı Vasil Troyanov-Boyanov olan Azis pop-folk janrında oxuyur. O, musiqi karyerasına 1999-cu ildən başlayıb. Azis biseksualdır və bunu gizlətmir. Müğənni 2006-cı il oktyabrın 1-də oğlan sevgilisi Niki Kitaetslə qeyri-rəsmi nikaha girib. Bolqar ulduzun 2007-ci ildə keçmiş rəfiqəsi folk müğənni Qaladan Raya adlı qızı doğulub.

 Xatırladaq ki, bir il öncə yerli mətbuatda Azisin Bakıda konsert proqramı ilə çıxış edəcəyi haqda xəbərlər yer almışdı. Lakin Azis şəxsi "Facebook" profilində status yazaraq konsert barədə xəbərləri təkzib etmişdi.

 Azisin Bakıda ilk foto və videsunu təqdim edirik: 

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.