23 həftəlik, 650 qram çəki ilə yenidoğulanın həyatda saxlanılması Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Tibb Universitinin (ATU) Tədris Cərrahiyyə Klinikasında gerçəkləşdirilib.
Cia.az xəbər verir ki, bu barədə "Report"a ATU-nun mətbuat xidmətindən məlumat verilib.
Son bir ayda hər kəsin diqqəti bir ay öncə 23 həftəlik, 650 qram çəki ilə dünyaya göz açan Yusifin üzərindədir. Belə ki, bu il iyunun 19-da 23 həftəlik hamiləliklə körpəsini itirmə təhlükəsi ilə ümidsiz şəkildə hamilə qadın ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edib.
Aparılan müayinələr zamanı dölyani mayenin tam axdığı aşkar edilib. Bundan çıxış yolu isə ancaq hamiləliyin sona çatdırılması olub. Klinikanın həkim mama-ginekoloqu Nigar Abbasova və həkim-neonatoloqu Səadət Yaqubovanın apardığı müayinələr nəticəsində dölün həyat fəaliyyətinin davam etdiyi aşkar edilib və süni doğuş aparılıb.
Həkimin sözlərinə görə, yenidoğulanın çəkisi 650 qr, ümumi vəziyyəti isə kritik idi: "Dərin morfofunksional çatışmazlıq fonunda uşaqda tənəffüs pozğunluğu əlaməti ön planda idi. Respirator distress sindromu müşahidə olunurdu. Bütün xəstəxana yaşama ehtimalı çox aşağı olan körpənin həyat mücadiləsində ona dəstək olaraq, onu həyatda saxlamağa nail oldular".
Neonatologiya şöbəsinin müdiri Səadət Yaqubovanın rəhbərliyi ilə aparılan reanimasiya tədbirləri nəticəsində körpə artıq 33 gündür ki yaşayır. Vəziyyəti bu müddət ərzində bir neçə dəfə kəskin pisləşsə də, hazırda qənaətbəxşdir. İndi Yusifin çəkisi 1020 qramı keçib.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.