banner
banner

Şou

Məşhur cütlük ayrıldı

Məşhur cütlük ayrıldı

2013-cü ilin mayından birlikdə olan rusiyalı tennisçi Mariya Şarapova ilə həmkarı Qriqor Dimitrov münasibətlərinə son qoyub.
Axşam.az-ın "Hürriyət"ə istinadən xəbərinə görə, 24 yaşlı Dimitrov bu haqda bolqar mətbuatına açıqlama verib:
"Bu günə qədər gözəl vaxt keçirdik. Mariyaya bundan sonrakı həyatında və tennis karyerasında xoşbəxtlik arzulayıram. Bundan sonra bütün fikrimi tennisimə yönəldəcəm".
İddialara görə, cütlüyün ayrılmasına səbəb Dimitrovun model Nikoleta Lozanovayla ilə yaxınlaşmağıdır. Futbolçu Valeri Bojinovun keçmiş həyat yoldaşı olan Lozanovayla Dimitrovun yaxınlaşması Mariyanı özündən çıxarıb. O, sevgilisinə hədiyyə etdiyi "Porsche" markalı avtomobili də geri alıb.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.