Ədliyyə sistemində dəyişiklik- Rəislərə yeni səlahiyyət
Azərbaycanda ədliyyə sistemində yerli icra qurumlarının strukturu dəyişib.
Cia.az-ın APA-ya istinadən məlumatına görə, Ədliyyə Nazirliyi Kollegiyasının 31 may 2013-cü il tarixli qərarına əsasən təsdqiqlənən “Yerli icra qurumlarının Nümunəvi Əsasnaməsi”ndə qeyd edilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) icra idarəsi, şöbəsi, bölməsi və qrupları Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrasını və aidiyyəti məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasını təmin edən yerli struktur qurumlarıdır.
Ədliyyə Nazirliyi Kollegiyasının 30 iyun 2015-ci ildə qəbul etdiyi və 11 iyul 2015-ci ildə qüvvəyə minən qərarına əsasən “Yerli icra qurumlarının Nümunəvi Əsasnaməsi”ndə dəyişiklik edilib. Dəyişikliyə əsasən rayon (şəhər) bölmələri ləğv edilib. Bundan sonra Ədliyyə Nazirliyinin rayon (şəhər) icra idarəsi, şöbəsi və qrupları Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrasını və aidiyyəti məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasını təmin edən yerli struktur qurumlarıdır.
Eyni zamanda əgər indiyə qədər icra qurumuna ədliyyə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən idarə, şöbə, bölmə rəisi və böyük icra məmuru (qrup rəhbəri) rəhbərlik edibsə, dəyişikliyə əsasən bundan sonra icra qurumuna Azərbaycan Respublikasının ədliyyə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən idarə, şöbə və qrupun rəhbəri – böyük icra məmuru rəhbərlik edəcək.
Ədliyyə Nazirliyi Kollegiyasının qərarı ilə icra qurumlarının rəis və rəis müavinləri icra məmurunun səlahiyyətləri də qazanıblar.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.