banner
banner

İdman

"Qəbələ" "Apollon"la matçın hazırlığına start verdi

"Qəbələ" "Apollon"la matçın hazırlığına start verdi

“Qəbələ” UEFA Avropa Liqasının III təsnifat mərhələsinin “Apollon” (Kipr) ilə ilk oyununun hazırlıqlarına start verib.
Serbiyanın “Çukariçki” klubu ilə II təsnifat mərhələsinin Bakıdakı cavab qarşılaşmasının (2:0) ardından iki gün istirahətə buraxılan “qırmızı-qaralar” paytaxtda bir araya gəlib.
Ötən gün baş tutan axşam məşqi İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilib. Roman Qriqorçukun komandası isinmə hərəkətləri ilə başladığı hazırlığı toplu çalışmalarla davam etdirib. Komandanın məşqində bütün futbolçular iştirak edib. 

“Qəbələ” iyulun 30-da Kiprin Larnaka şəhərində keçiriləcək qarşılaşmanın hazırlığını Bakda davam etdirəcək. Komanda bu axşam məşqini də Bakıxanov qəsəbə stadionunda gerçəkləşdirəcək.

Xatırladaq ki, “Apollon” - “Qəbələ” oyunu iyulun 30-da Larnakadakı “Antonis Papadopulos” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.