Aparıcı Ebru Şallı "Seninle" jurnalının avqust ayı üçün fotolar çəkdirib. Cia.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, dərgiyə verdiyi müsahibədə Ebru müğənni-bəstəkar Sinan Akçılla barışması haqqında da danışıb. O, "münasibətinizə çətin tərəf Sinandır" sualına belə cavab verib:
"İlk baxışda çətin kimi görünür. Bəzən mən də fikirləşirəm ki, "Kim dözər sənə, Sinan?". Amma tanıdıqca əslində asan biri olduğunu başa düşmək olur. Mən ona görə daha yolagedənəm".
Şallı fotolarda qüsursuz bədəni ilə də diqqət çəkib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.