Azərbaycanda iş saatı dəyişdirilir- Təkliflər belədir
Azərbaycanda iş saatı dəyişdirilə bilər.
Cia.az xəbər verir ki, bu barədə Baş nazirin müavini Abid Şərifov ANS-ə açıqlamasında deyib. O bildirib ki, Azərbaycanda institutlar, dövlət müəssisələri eyni zamanda işə başlayır: "Əksəriyyəti 9-da, ya da doqquzun yarısında. Biz bu qərarı qəbul etməmişdən qabaq, mən sizə konkret sxemlərdə təqdim edə bilərəm ki, hansı ölkələrdə necədir. İstənilən adama təqdim edə bilərəm. Avropa ölkələrinin hamısında, yalnız Avropa ölkələri yox, bütün dünyada belədir. Biz özəl sektora göstəriş verə bilmərik. Biz aidiyyati qurumlarımızdan xahiş edirik, tövsiyə edirik ki, özəl sektorla danışıqlar aparsın ki, onlar işə başlamalıdırlar saat 8-in yarısından səkkizəcən. Dövlət sektoru- 9-un yarısından 10-un yarısına qədər. Bank sektorunda isə iş saat 10-dan başlamalıdır".
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.