banner
banner

İdman

“Seltik” “Qarabağ”la oyunda 60 min azarkeş gözləyir

“Seltik” “Qarabağ”la oyunda 60 min azarkeş gözləyir
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Seltik” azarkeşlərinə müraciət edib.
Cia.az-ın xəbərinə görə, klubun rəsmi saytı vasitə ilə ünvanlanan müraciətdə qeyd olunub ki, onlar üçün Ağdam təmsilçisi ilə matç bu mövsümün ilk ciddi qarşılaşmasıdır.
Şotlandiya klubu “Qarabağ”la ilk oyunda azarleşlərinin “Seltik Park” arenasını dolduracağına inamını ifadə edib.
Komandanın baş məşqçisi Roni Deyla da azarkeşlərdən dəstək istəyib. “Qarabağ”la oyunda bizi 60 min azarkeşin dəstəkləyəcəyini, başqa sözlə, onların stadionu dolduracağını gözləyirik” – deyə R.Deyla bildirib.
Klubun saytı azarkeşlərini bilet almağa çağırıb.
Qeyd edək ki, “Seltik”lə “Qarabağ” arasında ilk oyun iyulun 29-da Şotlandiyada keçiriləcək. Oyuna böyüklər üçün bir biletin  ən ucuz qiyməti 20 funt-sterlinq (bugünkü məzənnə ilə 32 manat 50 qəpik) təşkil edir.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.