İllərdir çox yaxın dost olan barbadoslu R&B ifaçısı Rihanna ilə Formula1 pilotu Lyus Hamiltonun sevgili olması haqda xəbərlər yayılıb. "The Sun" qəzeti iddia edir ki, onlar dostluqlarını sevgi ilə əvəz ediblər.
Cütlüyə yaxın insanlar isə onların Nyu-Yorkda gizli bir restoranda görüşdüyünü deyirlər.
Qeyd edək ki, dekabrda İngilis Moda Mükafatları tədbirinə qatılan Rihanna və Hamilton bir-birini çox yaxşı başa düşən iki dost olduqlarını demişdilər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.