İstanbulda əhaliyə xəbərdarlıq edildi - "TERRORA HAZIR OLUN!"
Türkiyədə vəziyyət gərgin olaraq qalır, ayrı-ayrı şəhərlərdə terror riski günbəgün artır. İstanbul Polis İdarəsi şəhərdə fəaliyyət göstərən bütün müəssisələrə və təşkilatlara terror aktları təhlükəsi ilə bağlı xəbərdarlıq məktubu göndərib.
Türkiyənın Şanlıurfa vilayətinin Suruç rayonunda törədilən terror aktından sonra ölkədə vəziyyət ağırlaşıb.
Türkiyə Silahlı Qüvvələri iyulun 24-dən İŞİD və PKK terrorçularına qarşı hərbi əməliyyatlara başlayıb. Bununla yanaşı, ölkənin müxtəlif bölgələrində həm İŞİD, həm də PKK terrorçuları fəallaşıb. Türkiyə hüquq-mühafizə orqanları və təhlükəsizlik qüvvələrinin əməkdaşlarına silahlı hücumlar edirlər. Altı gündə 7 polis və hərbçi öldürülüb. İstanbul polisinin əldə etdiyi informasiyaya əsasən, terror təşkilatları mərkəzi şəhər rayonlarında bir sıra ictimai nəqliyyatda terror aktları törədə bilər.
"Hürriyyət" qəzeti İstanbul Polis İdarəsinin məktubunu əldə edib. Məktubda deyilir ki, terror təhlükəsi həmçinin insanların kütləvi toplaşdığı, dövlət idarə və müəssisələrin yerləşdiyi ərazilərdə ola bilər. Bununla əlaqədar insanları hər yerdə ayıq-sayıq olmağa çağırırıq."
Xatırladaq ki, bu il iyulun 24-də hökumətin qərarı ilə Türkiyənin təhlükəsizlik orqanları İŞİD və PKK terrorçularına qarşı əməliyyatlara başlayıb. İŞİD və PKK ölkənin cənub-şərq əyalətlərində polis məntəqələrinə hücum edir, terror aktı törədir, bir neçə polis və hərbçi şəhid edilib.
Bu arada iyulun 27-də gecə saatlarında Muş vilayətində Jandarma Qarnizon komandiri, mayor Arslan Kulaksız silahlı hücuma məruz qalıb. Silahlılar avtomobildə olan mayoru və onun ailəsini güllələyərək qaçıblar.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.