banner
banner

Dünya

Türkiyə millətçilərinə rəqib partiya yaradılır

Türkiyə millətçilərinə rəqib partiya yaradılır

Türkiyə siyasətində son vaxtlar bir-birinin ardınca yeni partiyalar yaradılır.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, professor Abdürrahim Qarslının Mərkəz Partiyası, İdris Balın Demokratik İnkişaf Partiyası və ən sonda Cümhuriyyət Xalq Partiyasından istefa verən Ankaradan millət vəkili Əminə Ülkər Tarhanın Anadolu Partiyasını qurub. İndi isə yeni bir partiya daha qurulur. Bu, bir qrup milliyyətçinin yaradacağı Milli Mübarizə Partiyasıdır.

Milli Mübarizə Hərəkəti olaraq təşkilatlanan qrupun lideri Əhməd Qayadır. Qaya qurulması üçün bütün hazırlıqları tamamladıqlarını və Türkiyə daxilində 85 faiz hazır olduqlarını bildirib: “Noyabrın 21-nə qədər minlərlə vətənpərvər və milli mübarizəçi heyətimiz ilə vəzifəyə hazır olduğumuzu elan edəcəyik”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.