Aktrisa Ancelina Coli oğlu Meddoks ilə birlikdə müharibə haqda film çəkir. Filmin çəkilişlərinə hazırlıq artıq başlayıb. Rejissor və aktrisa A.Coli bu haqda belə deyir: "Meddoks hər gün məktəbdən sonra çəkiliş meydançasında olacaq. Biz bir yerdə onun ölkəsi haqda daha çox öyrənəcəyik. Gələn həftə Meddoksun 14 yaşı olur, o, əslində kim olduğunu daha yaxşı bilməlidir. Bəli, o, mənim oğlumdur, amma eyni zamanda da Kamboca oğludur. Mən arzu edirəm ki, film həqiqətləri çatdırsın və maraqlı olsun. Film Kamboca xalqına həsr olunacaq". Media yazır ki, Coli artıq Kambocadadır, noyabrda başlayacaq çəkilişlər üçün hazırlıqlar görür.
Qeyd edək ki, film Kambocanın insan haqqları müdafiəçisi Lunq Anqa həsr olunacaq. "Əvvəl onlar mənim atamı öldürdülər... - Kamboca qızının xatirələri" adlanan ekran işi 2016-cı ilin ikinci yarısında təqdim olunacaq.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.