Kim Çen İndən daha bir şok addım- Müharibəyə hazırlaşır
Şimali Koreya lideri Kim Çen İn ABŞ və Cənubi Koreyaya qarşı müharibəyə hazırlaşdığını elan edib.
Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, Kim Çen İn növbəti dəfə ölkənin hərbi-hava qüvvələrinin təlimlərində iştirak edib, yoxlamalar aparıb və bu təlimlərin ABŞ və Cənubi Koreyaya qarşı hərbi hazırlığın bir hissəsi olduğunu bildirib.
Şəxsi təyyarəsi ilə Vonsandakı aviabazaya gələn Kim Çen İn bildirib ki, bu təlimlər müharibətə yönəlik radikal dəyişiklik olacaq, eyni zamanda amerikalı imperialistlər və cənubi koreyalı marionetkalarla hesablaşmaq məqsədi daşıyacaq.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.