ABŞ-dan Türkiyəyə gözlənilməz çağırış - "PKK-YA HÜCUMLARI AZALDIN!"
ABŞ Türkiyənin bir neçə gündür, İŞİD və PKK terror təşkilatlarına qarşı başladığı hərbi əməliyyatın miqyasının azaldılmasını istəyir.
APA-nın məlumatına görə, Ağ Evin nümayəndəsi Erik Şultz Türkiyənin təzyiqləri azaltmasını, sülh yolu ilə çözüm prosesinin davam etdirməsini arzuladıqlarını bildirib.
Şultz Türkiyənin İŞİD-ə qarşı yaradılmış koalisiyaya dəstəyi və PKK mövqelərinə zərbə endirməsi ilə bağlı sualı cavablandırarkən deyib ki, Türkiyə NATO-nun strateji müttəfiqidir: “Türkiyə hökumətinin İŞİD-lə mübarizədə dəstəyindən məmnunuq. PKK da terror təşkilatıdır. Bu təşkilatın terror hücumlarını pisləyirik. Ancaq hesab edirik ki, sülh yolu ilə çözüm prosesini davam etdirmək lazımdır. Türkiyəni bu prosesə dönməyə çağırırıq”.
Qeyd edək ki, bir neçə gündür, Türkiyə terror təşkilatlarına qarşı əməliyyatlara başlayıb. PKK-nın İraqın şimalındakı mövqelərinin havadan atəşə tutulması nəticəsində yüzlərlə terrorçu məhv edilib. Həmçinin, ölkə daxilində hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində İŞİD və PKK üzvü olan yüzlərlə şəxs saxlanılıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.