banner
banner

Dünya

Müğənni-deputat parlamentdə yatdı- Foto

Müğənni-deputat parlamentdə yatdı-

AK partiyanın yeni millət vəkili, müğənni Uğur Işılak parlamentin iclasında yatmasından danışıb. 

Cia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə keçirilən 25-ci parlament seçkilərində qalib gələn millət vəkili TBMM-də yatmasına belə aydınlıq gətirib:

“Ölkəmizdə baş verən terror hadisələrinə görə, 5 gündür ki, 2-3 saat yatıram. Ona görə də 10-15 saniyə yuxulamışam. Xüsusilə söyləmək istəyirəm ki, yaşadığımız son bir həftəlik müddətdə rahat yatanlar olduğu kimi, problemi həll etməyə çalışanlar da var.  Mən də bu problemləri həll etmək üçün çalışanlardan biriyəm. Belə olunca bəzən məclisdə, bəzən məktəbdə, bəzən qonaqlıqda yuxulaya bilərəm.  Bunu çox şişirtməmək, sui-istifadə etməmək lazımdır”. 

Qeyd edək ki, Uğur Işılak ötən il AKP-nin seçkilərdəki təşviqat mahnısı olan "Dombra"nı oxuyub.

Könül

 

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.