banner
banner

Sosİal

"BakuBus" tezliklə işə başlayır - AMMA YALNIZ MƏRKƏZDƏ

"BakuBus" tezliklə işə başlayır -

Bakıda yaxın günlərdə "BakuBus" MMC-nin sərnişindaşıma xidmətlərinə başlayacağı gözlənilir.

Bu şirkətə məxsus "Iveco" avtobusları şəhər mərkəzində, ətrafda isə "Bakı Sərnişin Nəqliyyatı" MMC-nin avtobusları işləyəcək.

"Report"un əldə etdiyi məlumata görə, qəsəbələrin kənarından şəhər mərkəzinə gələn marşrutlar, əsasən ilkin olaraq yaxın günlər üçün 1 nömrəli marşrut üzrə hər iki şirkətin avtobusları fərqli nömrələrlə işləyəcək. Hazırda bununla bağlı danışıqlar gedir.

Müzakirələrə əsasən, Əhmədli qəsəbəsindən gələn sərnişinlər "Koroğlu" metro stansiyasınadək hazırkı mövcud avtobuslardan, oradan şəhər mərkəzinə isə "BakuBus"ın yeni avtobuslarından istifadə edəcək. Qeyd edək ki, eyni zamanda 3 nömrəli marşrutun da yaxın vaxtlarda yenidən xəttə çıxacağı müzakirə edilən məsələlər sırasındadır.

Ümumilikdə, Bakı şəhərində sərnişindaşıma xidmətləri göstərəcək "BakuBus"ın ilkin mərhələdə paytaxt mərkəzində 16 marşrut üzrə işləməsi gözlənilir. Bu proses tədricən həyata keçiriləcək.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.