banner
banner

Dünya

Hakan Şükür maaşını onlara bağışladı

Hakan Şükür maaşını onlara bağışladı

Türkiyə millisinin və “Qalatasaray”ın keçmiş oyunçusu, millət vəkili Hakan Şükür Ərmənək mədən faciəsi üçün yardım kampaniyasına qoşulub.

ANS PRESS-in məlumatına görə, türkiyəli millət vəkili haklan Şükür “Kimse yokmu” dərnəyinin Ərmənəkdə baş verən dəhşətli mədən faciəsindən zərər çəkənlərə yardım üçün başlatdığı kampaniyasına dəstəyini ifadə edib.

Müstəqil millət vəkili H.Şükür 2015-ci il seçimlərinə qədər olan millət vəkili maaşını kampaniyaya dəstək üçün faciə qurbanlarının yaxınlarına verəcəyini açıqlayıb. O, bu barədə “Twitter” hesabından bildirib.

O, həmçinin qeyd edib ki, millət vəkili olaraq maaşını ilk gündən bu vaxtadək ehtiyacı olanlara, ya da hansısa yardım qurumlarına bağışlayıb.

Xatırladaq ki, Ərmənək kömür mədənindəki qəza Türkiyədə son bir ildə yaşanımış ikinci ağır qəza idi.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.