Müğənni Yıldız Tilbe şəxsi həyatı ilə bağlı illər sonra gözlənilməz açıqlamalar edib. Cia.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, hər zaman dəlisov hərəkətləri ilə diqqət mərkəzində olan sənətçi vaxtilə 5 dəfə dəlixanada yatdığını deyib: “Mən 3 dəfə Balıklı Rumda, 2 dəfə də Lapedə yatmışam. Amma Allaha şükür, dəlixanadan ağıllı çıxdım. Artıq terapevtin yanına da getmirəm. Mənə nə deyib sakitləşdirə bilər, axı? İnsan öz problemlərini təkbaşına həll etmək məcburiyyətindədir”. Yıldız vaxtilə aşiq olduğu adama görə xərçəng xəstəliyinə tutulduğunu da söyləyib: “Aşiq oldum, amma həmin adam, sən demə, evli imiş. Eşidəndə dəli oldum. Onu dəli kimi sevirdim. Çox pis oldum. Həkimə müayinəyə gedəndə artıq xərçəngə tutulmuşdum. Müalicə almağa başladım. Həmin adamı tədricən unutmağa başladım”. Y.Tilbe “Həmin adam nə etdi, bəs” sualına belə cavab verib: “Nə edəcək? Arvadının yanına qayıtdı. Evli olan kişilər subaylardan daha cəsarətlidirlər. Amma axırda mütləq heç nə olmamış kimi ailəsinə qayıdır”. Müğənni yazdığı bəzi mahnıları gənclərin intihar edəcəyindən qorxduğu üçün musiqi bazarına çıxarmadığını bildirib: “Yazdığım mahnılardakı bütün sözlər gerçəkdir. Hələ elə bəstələrim var ki, onları gün üzünə çıxarmadım. Onları sevərkən yazmışdım. Gördüm ki, mən dayana bilmirəm, dedim 14-15 yaşlı dəliqanlı gənclər bunlara necə dözə bilərlər? Onları düşündüyümdən bəstələrimin hamısını atdım”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.