“Sevgisiz də yaşamaq olarmış” – yenicə ailə quran jurnalist
“O hayat benim” serialının çəkilişləri zamanı efir rejissoru Efe Kubilayla tanış olub, ailə quran jurnalist-aktrisa İclal Aydın “Hayatım Mis” dərgisinə müsahibə verib. Cia.az-ın məlumatına görə, jurnalist aşiq olmadan ailə həyatı qurduğunu deyib: “Elə bilirdim ki, eşq olmadan yaşamaq mümkün deyil. Amma sən demə, sevgisiz də yaşamaq olarmış. Əvvəlcə bir qədər şok yaşayırsan, sonra etiraz edib sızıldayırsan, daha sonra isə vəziyyəti olduğu kimi qəbul edib yaşamağa başlayırsan. “Bir də heç vaxt sevə bilmərəm, ümumiyyətlə sevmərəm” dediyim günlər də olub. Həmin günlər özümlə baş-başa qaldığım anlar idi”.
Qeyd edək ki, İclal daha əvvəl 3 dəfə ailəli olub. Onun ikinci evliliyindən Lal adlı bir qızı var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.