"Apollon”un baş məşqçisi mətbuat konfransından imtina etdi
Avroliqanın III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Qəbələ”nin qonağı olacaq “Apollon”un baş məşqçisi Pedru Emanuel duş Santuş Bakıda oyunöncəsi mətbuat konfransı keçirməkdən imtina edib. Cia.az-a “Qəbələ”nin mətbuat xidmətindən verilən məlumata görə, Kipr tərəfi bildirib ki, portuqaliyalı mütəxəssis oyundan öncə jurnalistlərlə görüşmək istəmir. Bununla bağlı qarşı tərəf hər hansı bir səbəb göstərməyib.
Qeyd edək ki, oyundan əvvəl baş məşqçilərin mətbuat önünə çıxması məcburi deyil.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.