4 nömrəli marşrut "N.Nərimanov" m/st - "Xətai" m/st
5 nömrəli marşrut "N.Nərimanov" m/st - 20-ci Sahə
6 nömrəli marşrut "Azadlıq" m/st - 20-ci Sahə
7 nömrəli marşrut "Azadlıq" m/st - Ziya Bünyadov - 20-ci Sahə
8 nömrəli marşrut "Azadlıq" st - "28 May" m/st
9 nömrəli marşrut "N.Nərimanov" m/st - "Caspian Mall"
10 nömrəli marşrut "N.Nərimanov" m/st - Azneft dairəsi
11 nömrəli marşrut "N.Nərimanov" - "Elmlər Akademiyası" m/st
12 nömrəli marşrut "20 Yanvar" m/st - 20-ci Sahə
13 nömrəli marşrut "20 Yanvar" m/st - "Koroğlu" m/st
14 nömrəli marşrut "20 Yanvar" m/st - "Xətai" m/st xətti üzrə hərəkət edəcək.
Verilən məlumata görə, "BakuBus” ictimai nəqliyyatında vahid kart (BakıKart) tətbiq olunacaq.
"Həmin avtobuslarda nəğd ödəniş qəbul olunmayacaq. "BakıKart”-ın alınması və istifadə qaydası cox rahatdır. Kartları Metro stansiyalarındakı "BakıKart” terminallarımızdan və sizə ən yaxın "BakıKart" terminallarından əldə edə bilərsiz. "BakıKart" terminalları yalnız nəğd ödəniş qəbul edir. "BakuBus” sərnişinləri gediş məntəqəsinə gecikməmək üçün vaxtında təyin olunmuş dayanacaqlarda olmasını xahiş edir”, - deyə şirkətdən bildirilib.
Qeyd edək ki, yeni avtobuslarda əlil insanların istifadəsi də nəzərə alınıb. Pilləkanın olmaması sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır. Avtobuslarda quraşdırılmış panduslar əlil arabalarının hərəkət etməsi üçün şərait yaradır. Fiziki qüsuru olan insanlar avtobusa rahat qalxıb-düşmələrinə sürücülərimiz köməklik göstərir. "BakuBus" bildirir ki, fiziki qüsuru olan sərnişinlərə standard qiymət tətbiq olunacaq.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.