“İndi gənclər internetlə sevişir...”- Əməkdar artist
Əməkdar artist Cavanşir Məmmədov internet tanışlığından bəhs edib. Cia.az axşam.az-a istinadən xəbər verir ki, müğənni “Hər şey daxil” verilişində buna müsbət yanaşdığını bildirib:
“İndi oğlan-qız tanışlığı üçün geniş imkanlar var. Əvvəl deyərdilər qız oğlanla telefonla danışmasın, görüşməsin. Mentalitet məsələləri var. İndi hər şey dəyişib. Gənclərin internetlə sevişmə imkanı var. Önəmli məsələdir. Nə qız, nə də oğlan bir şey itirir. Əksinə bir-birinə məlum olur ki, düşüncələr nədir, münasibət alınar, ya yox. İnternetin xoşagəlməyən tərəfləri var. Amma yaxşı yönlərini də danmayaq. Buradan yaxşı vasitələr üçün istifadə edilməlidir. Yoxsa bəziləri internetdən ailə dağıtmaq, kiməsə qara yaxmaq üçün istifadə edir”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.