Müğənni Röya Ayxan şou-biznesdə incəsənət adamlarına hörmət qoyulmamasından şikayətlənib. Sənətçi “İncə sənət” verilişinə açıqlamasında maraqlı etiraflar edib: “Mən vəhşi qadınam. Tək, atayla, anasız böyümüşəm. Bir müddət sonra isə atam da yanımda olmayıb, məni xalq böyütdü. Mənə söz deyəndə tez təsir edir. Məktəb vaxtlarımdan indiyənə kimi döyüləndə belə mənə nə deyilibsə, yadımda saxlamışam. Xəyyamla (müğənni Xəyyam Nisanov – red.) sinif yoldaşı olmuşuq. Onunla 10 ildən sonra duet oxudum. Çünki vaxtında xətrimə dəymişdi. Ona sübut etdim ki, bax gör mən necə qızam. İncəsənət adamlarına hörmət qoyulmur. Açıq geyinirəmsə, normal qəbul edilməlidir. Bunu gözəl görün, sənətdir. Rihanna lüt şəkil qoyanda bəyənirsiniz, yerli ifaçılarımız geyinəndə olur pozğun, tərbiyyəsiz? Bu halları ortadan yığışdırıb, sənət adamlarına hörmət qoyun”. R.Ayxan oğlu Hüseynin eşq macərasından da söz açıb: “Oğlum elə vurulub ki, dəhşət. Bağçada tədbir olub. Qızlarla rəqs etməliymişlər, bu heç kimlə oynamayıb. Samirənin barmağına brilyant üzük də taxmışam. Oğlumdan 5 yaş böyükdür. Pozitiv qadın olduğum üçün oğluma qarışmayacam. İstəyir beş dəfə evlənsin”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.