Türkiyə mətbuatı araşdırma apararaq məşhurların qalmaqal yaradan açıqlamalarını və hərəkətlərini toplayıb.
Cia.az xarici KİV-ə istinadən tanınmışların unudulmayan məqalələrini təqdim edir:
Helin Avşar
2000-ci ildə verdiyi "Gecə saat 04:30-da evdə olmalıyam. Beş dəqiqə geciksəm, anam danlayır" müsahibəsi səs-küy yaratmışdı.
Pamela Anderson
1997-ci ildə "Hilton" otellərinin varisi Paris Hiltonun sevgilisi Rik Salomona ərə getmişdi.
Esra Balamir
Öpüşmə xəstəliyinə tutulan müğənninin "Boğaz xərçənginə tutulmaqdan qorxurdum. Həkimə getdim, öpüşmənin belə bir problem yaratmadığını bildirdi" açıqlaması qalmaqal yaratmışdı.
Rafet El Roman
9 il əvvəl "Heç bir müğənniyə mahnı vermərəm. Ancaq kimsə 70 min dollar ödəyərsə, ona mahnı yazmaq haqqında düşünərəm. Amma belə bir axmaq harda var?" açıqlaması ilə söz-söhbətə səbəb olmuşdu.
Aysu Kayacı
1999-cu ildə model "Buralar mənə layiq deyil, Nyu-Yorka gedib, orada çalışacam" deyə, açıqlama vermişdi.
Hülya Avşar
Aktrisanın 1997-ci ildəki "Hamilə olduğumu ayaqyolunda öyrəndim. Abort etdirməyi düşündüm. Kaya Çilingiroğlu məni dəfələrlə aldatdı. Cinsi həyatım tamamilə bitib" açıqlaması hamını təəccübləndirmişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.